Azərbaycan

Daha bir şəhərə polis təyinatı - DİN-də növbəti kadr dəyişikliyi

1804
Daha bir şəhərə polis təyinatı - DİN-də növbəti kadr dəyişikliyi
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Cavid Muradov Mingəçevir Şəhər Polis İdarəsinin rəisi təyin edilib(Azvision.az).

Qeyd edək ki, Mingəçevir Şəhər Polis İdarəsinin rəisi Ələsgər Bədəlov pensiya yaşına çatdığına görə, vəzifəsindən uzaqlaşdırılmışdı.