Azərbaycan
Bakıda bir çox binalara istilik verilmir - 2 qurum bir-birini ittiham edir
803

Noyabrın 15-dən etibarən Azərbaycanda qış rejiminə keçid edilsə də, Bakının bir sıra neçə ərazisində istiliyin olmaması ilə bağlı redaksiyamıza şikayət daxil olub. Xətai rayonu Gəncə prospekti 95 ünvanında yaşayan sakinlər “Qafqazinfo” ya bildirib ki, onların yaşadığı ərazidə istilik yoxdur: “Havalar soyuyub, amma biz hələ də istilik ala bilməmişik”.
“Qafqazinfo” məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevlə əlaqə saxlayıb. R. Əliyev bildirib ki, şəhərin müxtəlif ərazilərində istiliklə bağlı problem var: “ Qeyd edilən ünvana isə biz istilik vermişdik. Amma “Azəriqaz” qazı kəsib. Biz ötən il orada müasir tipli qazanxana tikmişik. Keçən il həmin əraziyə istilik verilib. Bu il isə “Azəriqaz” qazı kəsib. Biz “Azəriqaz”a, hökumətə problemlə bağlı müraciət etmişik”.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev isə “Qafqazinfo”ya açıqlamasında ölkənin qazla təmin olunmasında heç bir problem olmadığını nəzərə çatdırıb: “ Bizim yetərincə qazımız var. Əgər qazanxanalarda problem yoxdursa, biz istənilən qazanxananı qazla təmin edirik. Bizə qaz borcu olan abonent yoxdur. Çünki abonentlər smart kart vasitəsilə qazı alır. Odur ki, problem “Azəristiliktəchizat”la bağlıdır”.
Oxşar xəbərlər:

Şəki baxçaları buz bağlayıb
Araşdırma
Şəmkirli sahibkarın İlham Əliyevə şok müraciəti...
Siyasət / Əsas Xəbər
Əkbər Hacıyevdən Ermənistanla sərhəd bölgəyə sensasion mesaj
İqtisadiyyat
Şirvanda təbii qaz sayğacları kimin xeyrinə fırlanır... - ŞİKAYƏT VAR
Ana səhifə
Ağsu Regional Qaz İstismar İdarəsinin əməkdaşlarından özbaşınalıq
Ana səhifə