Azərbaycan

Dindarlar küçələrə axışdı: ETİRAZ AKSİYASI

691
Dindarlar küçələrə axışdı: ETİRAZ AKSİYASI
Bu gün axşam saatlarında ilahiyyatçı Elçin Qasımov polis bölməsinə aparılıb.

Liderinfo.az AzadXeber.az-a istinadən xəbər verir ki, "Müsəlman Birliyi Hərəkatı"nın idarə heyətinin sədri E.Qasımov Maştağada yaşadığı ünvanın önündən polis bölməsinə aparılıb. Onun rəis müavininin maşını ilə qarşısı kəsilib Sabunçu Rayonu Baş Polis İdarəsinə aparıldığı bildirilir.

Bundan bir qədər öncə ilahiyyatçı Elman Ağazadə Lənkaranda polis bölməsinə çağırılıb. Daha sonra sərbəst buraxılıb.

Bu olayın ardlından Sabunçu Rayonu Baş Polis İdarəsi qarşısında çox sayda inanclı toplaşıb. İdarə qarşısında toplaşanlar MBH-nin idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımovun sərbəst buraxılmasını tələb ediblər. Daha sonra isə polislə dindarlar arasında narazılıq yaranıb. Və toqquşma baş verib. Çox sayda saxlanılan var. Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısına gedən yollar DYP tərəfindən bağlanılıb. Jurnalistlərin ərazidə çəkiliş etməsinə maneə törədilib.

AzadXeber.az-ın məlumatına görə, Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısında toplaşan etirazçılara müdaxilə olunub. 20-dən çox saxlanılan var. Saxlanılanlar arasında "Müsəlman Birliyi Hərəkatı"nın idarə heyətinin üzvü Ağaəli Yəhyayev, inanclılardan Abbas Hüseynov, Rza, Azad və digərlərinin olduğu bildirilir. Əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun şəxsən gəldiyi bildirilir.