Azərbaycan

Bu sürücülərə maşın sürmək qadağan edildi

632
Bu sürücülərə maşın sürmək qadağan edildi
Ötən dövr ərzində inzibati protokollar əsasında 20 və daha artıq cərtimə balı toplayan 440 sürücünün sürücülük hüququ müxtəlif müddətə məhdudlaşdırılıb.

Bu barədə milli.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov əlavə edib ki, qaydaları pozan sürücü və piyadalar barəsində yol polisi əməkdaşları tərəfindən ümumilikdə 791 708 inzibati protokol, Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən isə 278554 elektron protokol tərtib edilib: "Piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı 94 947 halda piyadalar inzibati məsuliyyətə cəlb edilib. Yol polisi əməkdaşları tərəfindən sürücülərə sürət həddinin aşılması ilə bağlı isə 9 553, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxmaya görə 7 858, yolayrıclarını keçmə qaydalarının pozulmasına görə 161 mindən çox inzibati protokol tərtib edilib.

Bundan əlavə 14 697 halda sərxoş sürücü müəyyən edilib. Sərnişindaşıma qaydalarını pozan 2 024 sürücü cəzalandırılıb. İşıqforun qırmızı işığından keçdiyinə görə isə 11 394 sürücü məsuliyyətə cəlb edilib".

Həmçinin 619 avtoxuliqan, 2 167 polisin qanuni əmrinə tabe olmayan sürücü aşkar edilib.