Azərbaycan

Bu ildən tədris ilinin müddəti artır

642
Bu ildən tədris ilinin müddəti artır
"Bu ildən orta və ali məktəblərdə tədris ilinin vaxtı artacaq"

Bunu APA TV-nin "Səhər zəngi" proqramında qonaq olan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, yeni tədris ilindən başlayaraq şagird və tələbələr iki həftə çox tədris alacaq. Bu ildən etibarən tədris ili mayın 31-i deyil, iyunun 14-də başa çatacaq.

Bunu etməkdə əsas məqsəd tədris yükünün azaldılması və şagird, tələbələrin öz üzərində işləməsi üçün daha çox vaxta sahib olmalarıdır.