Araşdırma

Nazilədən QALMAQALLI açıqlama: "Xoşqədəm, get nəslinin aclarını doydur!" - VİDEO

128
Nazilədən QALMAQALLI açıqlama: "Xoşqədəm, get nəslinin aclarını doydur!" - VİDEO
"Xoşqədəm, get öz nəslinin aclarını doydur"!" Bu sözlər Nazilə Səfərliyə məxsusdur.

BAKU.WS xəbər verir ki, teleaparıcı Xoşqədəm Baxşəliyeva ilə məhkəmə çəkişməsi davam edən Nazilə Səfərli news24.az-a açıqlamasında qarşı tərəf haqda kəskin fikirlər səsləndirib.

Buna səbəb isə X.Baxşəliyevanın N.Səfərlinin qardaşı uşaqlarına Yeni il ərəfəsində bayramlıq geyim alması olub. Şairə xanım teleaparıcının bu addımının reytinqə hesablandığını deyib:

""Maşın" realiti şouda iştirak etdiyim müddətdə belə gördülər ki, gündəmin ən reytinqli verilişindəyəm, bundan belə faydalanmağa çalışdılar. Qardaşımımn uşaqlarına ucuz bazarlardan paltar alıb, bayram payı aparırlar.

Başa düşə bilmirəm, Xoşqədəmin nəslində kasıb, ac yoxdur? Sən öz nəslinin aclarını beləmi doydurdun, mənimkilərə keçdin? Bunlar hamısı reytinq üçündür".