Araşdırma / Hadisə

Bakının Atletlər Kəndində qəza oldu

1035
Bakının Atletlər Kəndində qəza oldu
Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza baş verib.

"Bakı 2015" Əməliyyat Komitəsindən (BEGOC) verilən məlumata görə, tibb xidməti bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində 3 nəfər avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib. BAOƏK bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir.

BEGOC-dan bildirilir ki, hazırda bununla bağlı ətraflı məlumat verə bilmir.

Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək.