Araşdırma

Bakıdakı üzü bəzəkli binalar sökülür: məmurlar işi Abid Şərifovun üzərinə atır

819
Bakıdakı üzü bəzəkli binalar sökülür: məmurlar işi Abid Şərifovun üzərinə atır
Bakıda 100-dən çox ailənin yaşadığı 2 üçmərtəbəli bina söküləcək. Yasamal rayonu, M.A Əliyev küçəsindəki 150 və 152 saylı binalarda yaşayan sakinlərə 3 gün əvvəl xəbərdarlıq edilib ki, bir həftə ərzində evləri boşaltsınlar

Musavat.com xəbər verir ki, istifadə müddətini uzun illərdir başa vurmuş binaların sakinləri verilən kompensasiya ilə razılaşmırlar. Yasamal rayon icra Hakimiyyətindən sakinlərə əvvəlcə 3 min manat veriləcəyi deyilsə də, sonradan Mənzil Kommunal İstismar Sahəsi (MKİS) bu məbləğin 1500 manat olduğunu açıqlayıb.

Sakinlərin sözlərinə görə, onlara 300 manat ödənilir ki, kirayə ev tutub evlərini boşaltsınlar. Söküntüyə səbəb kimi binaların qəzalı vəziyyətdə olması göstərilir.
20 ildən çoxdur ki, xarabalığa çevirilən binalarda yaşayış mümkünsüz hala gəlib. Sakinlər də binadan köçmək istəyirlər. Lakin onları qane edəcək kompensasiya tələb edirlər. Sakinlər deyir ki, mənzillər 15, 20, 30 kvadratmetrdir. Buna görə də aldıqları pulla şəhərdə yeni ev almaq mümkün deyil.

Bu binlarda 1993-cü ildən məskunlaşan qaçqın və məcburi köçkünlər də var. MKİS-dən deyilib ki, onlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməli və komitənin balansında olan mənzillərdən almalıdırlar. Lakin komitədən bildirilib ki, onlar məsələdən xəbərdar deyillər və kömək edə bilməzlər.

Xəbərdarlıq edilən gündən sakinlər MKİS-ə və icra hakimiyyətinə üz tutublar. Sakinlərdən Aytən Mirəliyeva musavat.com-a bildirdi ki, MKİS-dən və icradan sakinlərə bildirilib ki, söküntü işi ilə bağlı narazılığı yalnız baş nazirin birinci müavini Abid Şərifova ünvanlamalıdırlar. Sakinlər isə A.Şərifovu görə bilmir.

Yalnız A.Şərifov fevralın 9-da gecə saatlarında əraziyə gələrək binalara baxış keçirib və sonra da gedib.

Binaların A.Şərifova məxsus “Kristal” MMC tərəfindən söküldyünü iddia edən sakinlər qarşılaşdıqları problemin həll edilməsi üçün prezident İlham Əliyevə müraciət ediblər. Məktub Binada yaşayan 116 qaçqın və məcburi köçkün və 18 yerli ailə tərəfindən prezidnetə ünvanlanıb.
Bakıdakı üzü bəzəkli binalar sökülür: məmurlar işi Abid Şərifovun üzərinə atır
Bakıdakı üzü bəzəkli binalar sökülür: məmurlar işi Abid Şərifovun üzərinə atır
Bakıdakı üzü bəzəkli binalar sökülür: məmurlar işi Abid Şərifovun üzərinə atır