Araşdırma

Etibar Əliyevin şirkəti yüzlərlə mənzili sənədsiz satıb? - İddia

1078
Etibar Əliyevin şirkəti yüzlərlə mənzili sənədsiz satıb? - İddia
Vaxtilə Etibar Əliyev öz vəzifəsindən istifadə edərək ANT qrupunun rəhbəri Azad İbrahimova kredit xəttləri ayırıb və elə o vaxtdan onların arasında şəxsi münasibət yaranıb

“Təsəvvür edirsiniz, bəlkə də dünya hüquq tarixində belə president olmayıb. Milyonları mənimsəyən şəxsi məhkəmədən azad edirlər”.

Ötən il iyun ayında Qafqaznews.az saytında ““Babək Plaza”nın müştərilərini kim incidir?” başlıqlı məqalə dərc olunmuşdu. Həmin məqalədə qeyd olunur ki, 2012-ci ildə Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs edilən bankiri himayədarları az vaxtda həbsxanadan qurtardılar: Bakı Ağır Cinayətlər Məhkəməsi tibbi ekspertizanın rəyini nəzərə alaraq Etibar Əliyevin səhhəti ilə bağlı məhkəmə prosesində iştirak etməməsi barədə qərar çıxardı və həbsdən azad etdi.

“Təsəvvür edirsiniz, bəlkə də dünya hüquq tarixində belə president olmayıb. Milyonları mənimsəyən şəxsi məhkəmədən azad edirlər. Həmin vaxt Etibar Əliyev qazandıqlarının (əslində xalqdan oğurladıqlarının) hamısını bir gecənin içində oğlu Kəramətin adına keçirdi. Ki, birdən vəziyyət başqa cür olar. Bu boyda “humanist”liyə baxmayaraq ata və oğulun bu ölkəyə, bu ölkənin insanlarına olan münasibəti dəyişmir. Əllərindən gələn bütün pisliyi etməyə hazırdırlar. Bəli, bu ata-bala öz pisliklərini davam etdirirlər.

Onlara məxsus “Babək Plaza”nı icarəyə verib milyonlar qazansalar da müştəriləri hər vəchlə incidirlər. Kəramət Əliyev ANT qrupunun rəhbəri Azad İbrahimovun qardaşı oğlu Fərid İbrahimovu “Babək Plaza”ya direktor təyin edərək, onun vasitəsilə müştərilərə qan uddurur. Müştərilər az qala Fərid İbrahimovun əlindən zara gəliblər. Məlumat üçün qeyd edək ki, vaxtı ilə Etibar Əliyev “Texnikabank”ın Müşahidə Şurasının sədri olarkən, oğul Kəramət Əliyev “Babək Plaza”ya sahib olub. Əslində müflis olan ata-oğul Əliyevlər üçün “Babək Plaza” son sığınacaq yeridir.

Bizə daxil olan məlumata görə, vaxtilə Etibar Əliyev öz vəzifəsindən istifadə edərək ANT qrupunun rəhbəri Azad İbrahimova kredit xəttləri ayırıb və elə o vaxtdan onların arasında şəxsi münasibət yaranıb”, – deyə məqalədə bildirilirdi. E.Əliyevin gizlincə mənimsədiyi pulları müxtəlif şəxslər vasitəsi ilə daşınmaz əmlaka və inşaat sektoruna yatırdığı, həmçinin böyük məbləğdə vəsaiti xaricə daşıdığı haqda mətbuatda çox yazılıb. Bank rəhbərinə aid olduğu deyilən “TBM MTK” adlı şirkət və bur şirkətin direktoru İlyas Şahverdiyevlə bağlı Qafqaznews.az-a ilginc məlumatlar daxil olub. Qafqaz Xəbər Agentliyinin elektron poçtuna məktub yazan və adının açıqlanmasını istəməyən şəxs bildirib ki, 2014-cü ildə Etibar Əliyevin Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllədə tikdirdiyi binalardan mənzil alıb. “Həmin kompleksdə 6 bina var. 2013-cü ildən mənzillərin 80-85 faizi məskunlaşıb. Mən isə mənzili 2014-cü ildə almışam, hələ təmir işlərinə görə köçə bilmirəm.

Alqı-satqı zamanı bir problem yaşamadıq, bizimlə də çox mehriban davranıldı. Lakin 2 ildir ki, İlyas müəllim bizi kupça məsələsinə görə incidir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, o, bizə hələ də kupça vermir. Hər dəfə bir bəhanə uydurur, “gələn ay”, “o biri ay” deyir. Lakin bizim əlimizdə sadəcə evi aldığımıza dair müqavilə var. Başqa heç nə yoxdur”. Vətəndaş bildirib ki, həmin binada mənzil alan şəxslər həmin sənəd üçün 2 min manat ödəməlidir. “İlyas sakinləri incidir, hər hansı məsələ üçün müraciət edəndə artıq pul tələb edir. Orda hamı onu Etibar Əliyevin adamı kimi tanıyır.

Etibar Əliyev tutulanda biz sakinlər narahat olmuşduq, bu binada heç kimin kupçası yoxdur, düşündük ki, evimiz də əldən çıxar. O çıxdı, amma yenə bizim problemimizi həll etmir”. Şikayətçinin sözlərinə görə, adıkeçən İlyas müəllim mənzillərə qaz, su və işıq sayğaclarının qoyulması üçün 1500 manat alıb: “Hər sayğacın birinə 500 manat aldılar. Mismara görə də pul istəyirlər. Adi kağız parçası ilə bizə ev satıblar. Xahiş edirik, bizim problemimizin ictimailəşməsinə və həllinə dəstək göstərəsiniz”.
Etibar Əliyevin şirkəti yüzlərlə mənzili sənədsiz satıb? - İddia
Etibar Əliyevin şirkəti yüzlərlə mənzili sənədsiz satıb? - İddia