Araşdırma

Lerikin 20 kəndi zülmət içində - Şikayət

917
Lerikin 20 kəndi zülmət içində - Şikayət
Bir neçə gündür ki, Lerik rayonunun 20 kəndində elektrik enerjisi kəsilib.

Qaynar.info xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkələrdə məlumat yayıblar.
Onların sözlərinə görə, rayonun Şingədulan, Züvüç və Osyodərə kənd ərazi icra nümayəndəliklərinə daxil olan 20-yə yaxın kənddə elektrik enerjisinin verilməsində problem yaranıb.
Bununla bağlı Lerik Rayon Elektrik Şəbəkəsinin müdiri Əlican Şahbazova müraciət edilsə də, o, müraciətlərə cavab verməyib.
"Azərışıq"dan isə bildirilib ki, məsələ ilə bağlı rayonla əlaqə saxlayıb açıqlama veriləcək.