Araşdırma

Rafael Cəbrayılov “MTN işi“nə görə dindiriləcək

1734
Rafael Cəbrayılov “MTN işi“nə görə dindiriləcək
Deputat Rafael Cəbrayılovun "MTN işi"nə görə yaxın günlərdə dindiriləcəyinə dair məlumat yayılıb

Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Cəbrayılovun Baş Prokurorluğa çağrılacağı iddia olunur.

Məlumatı yayan şəxs bildirir ki, deputatın adının "MTN işi"nə qarışmasına səbəb kimi, onun ləğv edilmiş nazriliyin keçmiş rəhbəri ilə biznes ortağı olması ilə bağlıdır. Həmçinin o da iddia olunur ki, Rafael Cəbrayılovun Mahmudovla xaricdə də bir sıra bizensləri varmış. Üstəlik, onun deputat seçilməsində sabiq nazirin də bir sıra yardımları olub.

Məsələnin təfərrüatı barədə qısa araşdırmalardan sonra geniş məlumat veriləcək. Qarşı tərəfi də dinləməyə hazırıq.

Xatırladaq ki, Cəbrayılov və qardaşının adı bir müddət əvvəl borc qalmaqalına da qarışmışdı. Şikayətçilərin dediyinə görə, deputat və qardaşı tikinti işlərində ortaq olduqları şəxslə birlikdə iki Lombard sahibinə 270 min manata yaxın pulu geri qaytarmaqdan imtina ediblər.(jam.az)