Araşdırma

Neft Daşlarında qəza: 3 nəfər itkin düşdü

1007
Neft Daşlarında qəza: 3 nəfər itkin düşdü
Bu gün saat 12.30 radələrində Neft Daşları NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.

Liderinfo.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb.

Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olmuşlar. Dənizdə operativ axtarış işlərinə başlanılmışdır. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.

SOCAR-dan bildirilib ki, hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.