Araşdırma

Hacı Talehin şikayəti təmin olunmadı

745
Hacı Talehin şikayəti təmin olunmadı
Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman birliyi hərəkatı” təşkilatın sədri Taleh Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirlib

Lent.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə iddia təmin edilməyib.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.