Araşdırma

Nazirin müşaviri: "Yalandır"

799
Nazirin müşaviri: "Yalandır"
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması ilə bağlı mətbuatda məlumatlar yayılıb

KİV-lərin yaydığı xəbərə görə, prezident İlham Əliyevin sərəncam ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad olunub.

Azvision.az nazirliyin mətbuat xidmətilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirməyə çalışıb.

Nazirliyin mətbuat katibi Müşfiq Əmirov bildirib ki, yayılan məlumat doğru deyil: “Nazirlə indi danışdım. O hazırda iş başındadır. İşdən çıxarılması ilə bağlı yayılan xəbərlər yalandır”.