Araşdırma

Malik Mahmudovun “maklerləri” və ünvanına yetməyən sosial yardım – Nazirə müraciət

719
Malik Mahmudovun “maklerləri” və ünvanına yetməyən sosial yardım – Nazirə müraciət
Beyləqan sakinindən Səlim Müslümova müraciət: “Cənab nazir, necə olur ki, hazırkı vəziyyətdə mənə “sənə ünvanlı sosial yardım düşmür deyirlər, lakin bəribaşdan 500 manat və 2 aylıq yardımı versən düzələr deyirlər”

Beyləqan ƏSMM müdiri və onun “maklerləri” vətəndaşları dövlətə qarşı qaldırırlar.

Dövlət tərəfindən vətəndaşlara verilən ünvanlı sosial yardımın ayrılmasında hələ də problemlərin olması və bu məsələdə vətəndaşların ardı kəsilməyən şikayətləri davam etməkdədir. Səlim Müslümov Əmək və Əhilinin Sosial Müdafiəsi naziri təyin edildikdən sonra bu qurumda aparılan çoxsaylı islahatlar belə problemlərin həllinə köməklik göstərmir. Çünki yerlərdə ƏSMM müdirləri sırf tamah məqsədi ilə nazirin atdığı addımları blok edir, özləri bildikləri kimi işləri yönəldərək həm dovlət qurumunda korrupsiya yol verir, həm də doğurdan da dövlətin yardımına ehtiyacı olan şəxsləri dövlətin qayğısından məhrum edərək onları dövlətdən və siyasi hakimiyyətdən narızı salırlar.

Yardıma möhtac olan bir çox vətəndaşların şikayətlərinə isə yerlərdə bir mənalı olaraq baxılmır, onların Bakıya ünvanladıqları şikayətlər isə bir çox hallarda ünvana çatdırılmır. Sadəcə olaraq Əmək və Əhilinin Sosial Müdafiəsi Nazirliyində oturan bəzi korrupsiyoner məmurlar yerli məmurlarla əlbir şəkildə çalışaraq, nazirə ünvanlanan şikayətləri gizlətməklə məşğul olurlar.

Elə buna görə də, Beyləqan rayon sakini Elman Abbasov LİDERİNFO.AZ vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova şikayət ünvanlayıb. Həmin şikayətdə bildirilir ki, Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Malik Mahmudov və işçiləri heç bir əsas gətirmədən ona, dövlət tərəfindən düşən sosial yardımı vermirlər. Vətəndaş Elman Abbasov dəflərlə rayon ƏSMM-nə müraciət etməsinə və Nazirliyə şiykaət ünvanlamasına baxmayaraq, haqq etdiyi sosial yardımıala bilmir. Bunun əvəzində isə, Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Malik Mahmudovun qohumları, həmçinin normal yaşayış səviyyəsinə malik olan, xarici maşınlarda gəzən şəxslər rüşvət verərək asanlıqla dövlətdən sosial yardım ala bilirlər.
Vətəndaş Elman Abbasov özü də iki il əvvəl Beyləqan ƏSMM-də işləyən işbaz “maklerlərə” ünvanlı sosial yardımımın 4 aylığını verərək sosial yardım aldığını iddia edir:

“Çox hörmətli Səlim Müslümov cənabları!

Bu gün Malik Mahmudovun işçiləri mənə deyirlər ki, ünvanlı sosial yardım sənə düşmür. Necə olur ki, 2 il öncə ünvanlı sosial yardım ala bilirdim indi yox? Çünki 2 il öncə Beyləqan ƏSMM-də işləyən işbaz “maklerlərə” ünvanlı sosial yardımımın 4 aylığını vermişdim. İndi isə Malik Mahmudovun “maklerləri” bəri başdan 500 manat, daha sonra isə 2 aylıq sosial yardım istəyirlər.

Cənab nazir!

Necə olur ki, hazırkı vəziyyətdə mənə “sənə ünvanlı sosial yardım düşmür deyirlər, lakin bəribaşdan 500 manat və 2 aylıq yardımı versən düzələr deyirlər. Qeyd edim ki, hazırda Beyləqan rayonunda ünvanlı sosial yardım alanların yarısından çoxuna qanunla yardım düşmür. İnanmırsınız, yoxlatdırın, bunun şahidi özününz olacaqsınız. Çünki çoxsunun avtomobili, obyekti, bir neçə özəl iş yeri və sair gəlirləri var. ƏSMM müdirinin “maklerlərinin” səyi nəticəsində, təkcə Beyləqan şəhərində mənim tanıdığım 38 nəfər şəxs qanunsuz sosial yardım alır. Ancaq qanusnuz sosial yardım alanlar Beyləqan rayonunda ümumilikdə 38 nəfərdən onlarla dəfə çoxdur. Rayonun hər bir kəndində onlarla şəxs məhz qanunsuz yardım alırlar.

Malik Mahmudovun “maklerləri” avtomobili, torpağı, özəl işi, yaxşı gəliri olan şəxslərin sənədlərini istədikləri kimi saxtalaşdıraraq onlara ünvanlı sosial yardım verilməsini təmin ediblər. Halbuki mənim kimi yüzlərlə ünvanlı sosial yardıma ehtiyyacı olan şəxslər var və onlar dövlətimizin bu yardımından məhz Malik Mahmudovların sayəsində məhrum olublar.

Cənab nazir!

Sizdən bir vətəndaş olaraq xahiş edirəm, dövlət tərəfindən mənə düşən sosial yardımın alınmasına köməklik göstərin və Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş alıb gedən korrupsiyanı durdurun.

Çünki Malik Mahmodov və onun əl altıları sizin kimi işlək, hər zaman vətəndaşın yanında olan bir nazirin işlərinə qaranlıq ləkə salırlar”.
Qeyd edək ki,Beyləqan rayonunda hal hazırda 1331 vətəndaş dövlətdən ünvanlı sosial yardım alır. Həmin siyahıda 500-dən çox vətəndaşa qanusuz olaraq ünvanlı sosial yardım verildiyi deyilir. Və ünvanlı sosial yardım almaq istəyənlərdən bəribaşdan nəğd şəkildə bir neçə yüz manat pul, 2 yada 3 aylıq yardımın istənildiyi bildirilir.

Bütün bunlarla bağlı araşdırmamız davam edir və yaxın günlərdə Beyləqan rayonunda ünvanlı sosial yardıma ehtiyyacı olan, lakin rüşvət verə bilməyərək bu yardıma həsrət qalan vətəndaşların şikayətlərini bir – bir oxucularımıza çatdıracağıq. Həmçinin hazırda Beyləqan rayonunda qanunsuz ünvanlı sosial yardım alanların siyahısını təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.