Araşdırma
Fərhad Əliyevin qardaşı:“Fərhad avropadan sığınacaq almayıb”
902

“Fərhad Əliyev Azərbaycanda yaşamasa da, o Avropadan sığınacaq almayıb. Yalandan yazırlar, deyilənlər doğru deyil”
Bunu Azvision.az-a açıqlamasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Əlövsət Əliyev deyib.
O, qardaşlarının Almaniyadan sığınacaq alması ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
“Mən Cəlilabadın Alar kəndində yaşayıram. Adi insanam. Qardaşlarım barədə hər gün bir məlumat yazırlar. O, yazılanların heç birini oxumuruq. Siz də inanmayın, yalan məlumatlardır. Qardaşlarım sığınacaq almayıblar”.
Qeyd edək ki, Rafiq və Fərhad Əliyev 2013-cü ilin oktyabr ayında prezidentin sərəncamı ilə əfv olunublar. Əliyev qardaşlarının hazırda Avropada yaşadığı bildirilir.
Oxşar xəbərlər:

Deputatlar 2 manatlıq çay barədə: - `Cibimizə uyğun deyil`
Son xəbər / Maraq
İrşad Əliyev 1 milyon manat rüşvəti hara verdi? (ŞOK TƏFƏRRÜATLAR)
Ana səhifə
Bakıda Ağ Şəhər Bulvarı açıldı
İqtisadiyyat
Prezident İlham Əliyev ənənəni pozdu - Maraqlı anlar - FOTO, VİDEO
Əsas Xəbər
İlham Əliyev Azərbaycan ictimaiyyətini mübarizəyə çağırır!
Ana səhifə