Araşdırma
Rəsmi Bakıdan Xankəndində keçiriləcək konsertə sərt reaksiya
700

"Sentyabrın 2-də Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində təxribatçı məqsəd daşıyan konsert proqramının təşkil olunmasını qəti şəkildə qınayırıq.
Bu konsert proqramı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı və qanlı etnik təmizləmə siyasətinin nəticəsi olaraq yaradılmış qondarma rejimin təşviqinə xidmət edir".
Axşam.az-ın məlumatına görə, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev ədalət və sülhdən danışan L.Kazornovkayaya xatırladıb ki, konsertin keçiriləcəyi Xankəndi şəhərindən bir neçə kilometr aralı məsafədə yerləşən Xocalı şəhərində Ermənistan və qondarma rejim tərəfindən 1992-ci ildə yerli azərbaycanlı əhaliyə qarşı bəşəriyyətin ən dəhşətli insanlıq əleyhinə cinayəti və soyqırım əməlləri törədilmişdir:
"Özünü mədəniyyət xadimi adlandıran şəxslər heç olmasa bu faciənin qurbanı olmuş azyaşlı uşaq və qadınlardan utanmalı və vicdan əzabı çəkməlidirlər. Ermənistanın vandalizm siyasətinin nəticəsidir ki, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının zəngin maddi-mədəniyyət abidələri, o cümlədən dünyada məşhur olan Qarabağ musiqi irsi talan və məhv edilmişdir. Konsert proqramında iştirak edən digər əcnəbi vətəndaşların adları da müvafiq araşdırmadan sonra arzu olunmaz şəxslər siyahısına daxil ediləcəkdir".
Oxşar xəbərlər:

Qubadlının işğal günü
Siyasət
Əziz Əzizov Cəbrayıl rayonunun işğalı günündə Cəlilabadın Göytəpə qəsəbəsində möhtəşəm konsert tədbiri keçirdi- VİDEOFakt
Əsas Xəbər
Azərbaycandan “Chatham House“a etiraz
Siyasət / İqtisadiyyat
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni mərhələ - Təhlil
Siyasət / Son xəbər
Rəsmi Bakıdan sərt cavab
Son xəbər / Redaksiya seçimi